İliya Darçiaşvili Yens Stoltenberqə NATO ministerialına Gürcüstana dəvəti üçün minnətdarlığını bildirdi
Gürcüstanın Xarici İşlər naziri ,İliya Darçiaşvili NATO-nun baş katibi, Yens Stoltenberqlə NATO ministerialı çərçivəsində görüşdü.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə nazir partnyor ölkələri, o cümlədən Gürcüstanı NATO ministerialına dəvət etdiyinə görə Alyansa minnətdarlığını bildirdi, hansı da alyans tərəfindən Gürcüstana qarşı dəstəyin növbəti ifadəsidir.
“Baş katibin Gürcüstana və ölkəmizin Avroatlantik strukturlarına inteqrasiyasına xüsusi şəxsi dəstəyi və bu prosesdə Alyansın davamlı və güclü dəstəyinin təmin edilməsinin vacibliyi vurğulandı.
Tərəflər gələcəkdə də fəal əməkdaşlığa hazır olduqlarını bir daha təsdiq etdilər. NATO-nun baş katibi ilə tanışlıq görüşündə tərəflər regionda təhlükəsizlik mühiti ilə bağlı da fikir mübadiləsi apardilar”, – məlumatda deyilir.