İlia Darçiaşvili transatlantik ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edib
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ABŞ dövlət katibinin dəvəti ilə transatlantik ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, tədbirdə ABŞ-ın dövlət katibi Entoni Blinken, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell və Transatlantik Təşkilatın aparıcı ölkələrinin xarici işlər nazirləri iştirak ediblər.
Görüşün əsas mövzusu transatlantik məkanda təhlükəsizlik mühiti və mövcud çağırışların aradan qaldırılması yolları olub.