Gürcüstan Xarici İşlər naziri, İliya Darçiaşvili fevralın 15-16-da Yunanıstana səfər edəcək.
Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində İliya Darçiaşvili Yunanıstan prezidenti, Katerina Sakellaropulos və Xarici İşlər naziri, Nikos Dendia ilə görüşlər keçirəcək.
Rəsmi görüşdən sonra iki ölkənin Xarici İşlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.
İdarənin məlumatına görə, bundan başqa, XİN rəhbəri və Yunanıstan prezidenti media nümayındələri üçün şərh verəcəklər.