İliya Darçiaşvili - münasibətimizi bildirdiyimiz əsas məsələ odur ki, uçuşların bərpası qərarı ilə, Rusiyada yaşayan diasporlarımızın vətənlərinə gediş-gəlişi asanlaşacaq
Gürcüstan ilə uçuşların bərpası qərarı ilə, Rusiyada yaşayan diasporlarımızın vətənlərinə gediş-gəlişi asanlaşacaq, – bu barədə Gürcüstan Xariciİşlər naziri, İliya Darçiaşvili Gürcüstan Diasporu Gününə həsr olunmuş forumdan sonra jurnalistlərə bəyan etdi.
Bununla yanaşı, elə onun dediyinə görə, həmvətənlərimizin vətənləri ilə münasibətlərindəki problemləri aradan qaldıran texniki məsələ onların gündəlik həyatını asanlaşdıracaq.
“Uçuşların bərpasına münasibət bildirdiyimiz yeganə əsas məsələ odur ki, belə bir qərarla Rusiya Federasiyasında yaşayan layiqli həmvətənlərimizin, diasporumuzun vətənlərinə gediş-gəlişi asanlaşacaq, və nların vətənləri ilə münasibətlərindəki problemləri aradan qaldıran bu texniki məsələ gündəlik həyatlarını asanlaşdıracaq. Bəyanatımıza gəldikdə, biz bu mövqedə qalırıq, bu prosesdə iştirak etməmişik. Müvafiq qərar qəbul olunub və biz bu bəyanat barədə artıq bir şey deyə bilmərik”, – Darçiaşvili bəyan etdi.