Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili aprelin 20-23-də İtaliya Respublikasına işgüzar səfər edəcək. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.
İdarənin məlumatına görə, Səfər çərçivəsində İtaliyanın icra və qanunvericilik orqanlarının nümayəndələri ilə görüşlər keçiriləcək.
İlya Darçiaşvili İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Taiani ilə görüşəcək.
İliya Darçiaşvili və Antonio Taiani İtaliya və Gürcüstan arasında yüksək səviyyəli dialoqun başlanması haqqında bəyannamə imzalayacaqlar. Eləcə də Gürcüstan və İtaliya arasında mədəniyyət və elm sahəsində 2023-2027-ci illər üçün icra proqramı.
Səfər çərçivəsində Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri gürcü diasporunun nümayəndələri ilə görüşəcək.