İliya Darçiaşvili - "Gürcüstana dəstək aktı" ölkəmizin təhlükəsizliyinin daha da artırılması üçün yeni impuls olacaq
Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvilinin bəyan etdiyinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasında “Gürcüstana dəstək aktının” təsdiqlənməsi Gürcüstan və ABŞ arasında ikitərəfli əməkdaşlığın daha bir sübutudur.
Onun sözlərinə görə, sənəd Gürcüstanın təhlükəsizliyinin artırılması baxımından yeni impuls olacaq.
“Cəmi bir neçə saat bundan əvvəl Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasında ölkəmizə ikipartiyalı dəstək olan Gürcüstanı dəstəkləyən qanun layihəsi qəbul olundu. Bu, bizim ikitərəfli, çox mühüm strateji əməkdaşlığımızın növbəti təsdiqidir.
Artan bölgə çağırışlara paralel olaraq, qeyd oluna sənəd ölkəmizin təhlükəsizliyinin daha da artırılması üçün yeni impuls olacaq. Əhəmiyyətlidir ki, bu sənəddə bu gün ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bütün əsas məqamlara diqqət yetirilibdir. Fürsətdən istifadə edərək, bu sənədin hazırlanmasında iştirakı çox vacib olan dostluq qrupumuzun həmsədrlərinə də təşəkkür etmək istəyirəm”, – İliya Darçiaşvili bəyan etdi.
ABŞ Konqresinin Nümayəndələr Palatası Gürcüstana dəstək aktını təsdiq etdi. Qanun layihəsini Nümayəndələr Palatasına Gürcüstanın Dostları Qrupunun həmsədrləri konqresmenlər Cerri Konnoli (demokrat) və Adam Kinzinger (respublikaçı) təqdim etdilər.