İliya Darçiaşvili - Gürcüstan və Avropa İttifaqı arasında ikitərəfli münasibətlərdə tezliklə konkret nəzərəçarpacaq nəticələr əldə edəcəyik
Gürcüstan və Avropa İttifaqı arasında ikitərəfli münasibətlərdə konkret nəzərəçarpacaq nəticələr əldə edəcəyik, çox tezliklə, – bu barədə GürcüstanınXxarici İşlər naziri, İliya Darçiaşvili Avropa İttifaqının Gürcüstanın Avropa İttifaqı assosiasiyası sazişini yerinə yetirməsinə aid olan hesabatını şərh edərkən qeyd etdi.
Xarici İşlər Nazirliyi rəhbərinin bəyan etdiyi kimi, Gürcüstan Avropa İttifaqına yekun inteqrasiya istiqamətində çox fəal şəkildə irəliləyəcək.
“Bizim Avropa İttifaqı ilə açıq və cari dialoqumuz var. Mövcud olan bütün çağırışları aradan qaldırmaq üçün onlarla fəal işləyirik. Bizim Avropa İttifaqı ilə bağlı çox dinamik prosesimiz var. Əminəm ki, Gürcüstan-Avropa İttifaqı ikitərəfli münasibətlərində çox sıx koordinasiya ilə birlikdə, çox tezliklə konkret nəzərəçarpacaq nəticələr əldə edəcəyik və Gürcüstan Avropa İttifaqına yekun inteqrasiya istiqamətində çox fəal şəkildə irəliləyəcək”, – İliya Darçiaşvili bəyan etdi.