İliya Darçiaşvili - Gürcüstan Şərq Partnyorluğu regionunda aparıcı islahatçıdır, Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir
Xarici işlər naziri, İliya Darçiaşvilinin bəyan etdiyinə görə, aydındır və bunu Avropa İttifaqının rəsmi hesabatları, bəyanatları, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığın səviyyəsi təsdiq edir ki, Gürcüstan həmişə Şərq Partnyorluöu regionunda aparıcı islahatçı ölkə olub və bu da asosoiasiya razılaşması çərçivəsində uğurlu qanunvericilik və insititusional yaxınlaşma ilə də şərtlənir.
“Avropa İttifaqı Gürcüstanı Avropa ailəsinin üzvü hesab edir”, – nazir bəyan etdi. Onun deiyinə görə, həyata keçirilən islahatlar, eləcə də Dərin və Hərtərəfli Azad Ticarət Sazişi də daxil olmaqla, Assosiasiya Razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində əldə olunan irəliləyiş Gürcüstana optimist gözləntilər yaratmağa əsas verir ki, “Gürcüstanın gələcəyi Avropadır və Gürcüstanın yeri Avropa İttifaqındadır”.
Bu baxımından nazir ötən həftə Gürcüstan və Avropa İttifaqı arasında razılaşdırılmış assosiasiya gündəminə xüsusi diqqət yetirdi, bu gündəm münasibətlərin prioritet məsələlərini və növbəti yeddi il ərzində onların istiqamətlərində atılacaq addımları əks etdirir.
“Gündəm Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlığın çox yüksək səviyyəsini açıq şəkildə əks etdirir və inteqrasiya prosesində əsas əhəmiyyət kəsb edən bütün məsələləri əks etdirir”, – İliya Darçiaşvili interpellyasiya qaydası ilə çıxışı zamanı bəyan etdi.