İliya Darçiaşvili Ermənistanın baş naziri, Nikol Paşinyan ilə görüşdü
Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili Ermənistanın baş naziri, Nikol Paşinyan ilə görüşdü.
Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq əlaqələri vurğulandı.
Elə onların məlumatəna görə, tərəflər ölkələr arasında əməkdaşlığın daha da inkişafına imkanlar yaradacaq yüksək səviyyəli siyasi dialoqu və hökumət başçıları arasında dostluq münasibətlərini alqışladılar.
Baş nazirlə görüşdə Gürcüstan və Ermənistan Respublikası arasında gündəlikdəki cari məsələlər müzakirə olundu. Tərəflər, xüsusilə, müxtəlif sahələrdə ticarət-iqtisadi və xalqlararası əlaqələrin gücləndirilməsi perspektivlərini və bu məqsədlə görüləcək tədbirləri müzakirə etdilər.
Gürcüstanın Xarici İşlər naziri və Ermənistanın baş naziri, iki ölkə arasındakı dostluq münasibətlərindən danışaraq diplomatik münasibətlərin 30 illiyini alqışlayıb və onun layiqincə qeyd olunmasının vacibliyini vurğuladılar.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.