İliya Darçiaşvili - Gürcüstanın bölgəmizdə sülhün bərqərar olması üçün cənub qonşularımızın sakit və dinc dialoq apara biləcəyi bir məkan olmasına hər zaman hazırıq
Gürcüstan üçün bir nömrəli prioritet bölgəmizdə sülh və təhlükəsizliyi təmin etməkdir. Ölkəmiz bu hədəfdən irəli gələrək hər zaman cənub dostlarımızla vasitəçi rolunu oynamağa çalışırdı, – bu barədə Gürcüstanın Xarici İşlər naziri, İlya Darçiaşvili bəyan etdi.
Nazirin dediyinə görə, bu proses davam edəcək.
“Keçən il baş nazirin fəal iştirakı ilə konkret nəzərəçarpacaq nəticələrin əldə olunması faktı, bu proses davam etdi, bir neçə ay əvvəl Gürcüstanda iki Xarici İşlər nazirini qəbul etdik. Bu da onun nümunəsidir ki, biz dostlarımıza xüsusi güvənirik və gələcəkdə biz Gürcüstanın, Tbilisinin cənub qonşularımızın bu danışıqlardan konkret nəticələr əldə etmələri, bölgəmizdə sülh və sabitliyin bərqərar olması üçün sakit və dinc dialoq apara biləcəkləri bir məkan olmasına həmişə hazırıq. Bizim bu prosesdə heç bir önşərtimiz yoxdur. Qonşularımıza etdiyimiz yeganə təklif bu gün və həmişə, istənilən vaxtə, onlara arzu olunan vaxtı və məkanda, ölkəmizdə hazırıq ki, ev sahibliyi və yardım edək, əgər buna ehtiyac olsa, dialoqu davam etdirsinlər və bu prosesi dərinləşdirsinlər ki, bölgədə sülhə nail olaq”, – İlya Darçiaşvili qeyd etdi