İliya Darçiaşvili - Avropa İttifaqının anketi ictimailəşdiriləcək və təmin edəcəyik ki, sənəd olduqca tezlikdə bütün marağında olan şəxslər üçün əlçatarlı olsun
Avropa İttifaqının anketi ictimailəşdiriləcək və təmin edəcəyik ki, sənəd olduqca tezlikdə bütün marağında olan şəxslər üçün əlçatarlı olsun, – bu barədə Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili bəyan etdi.
Onun qeyd etdiyinə görə, bu gün Gürcüstanın baş nazirinin rəhbərlik etdiyi hökumət komissiyasının iclası keçirildi və burada qeyd olunan məsələ müzakirə olundu.
“İslahatlara gəldikdə, islahatların aparılması hökumətimizin əsas prioritetlərindən biridir. Gürcüstan hökuməti islahatlar prosesində müvafiq fəallıqla fərqlənir. Hesab edirik ki, Gürcüstan ölkəmizdə aparılacaq islahatları çox tez və səmərəli şəkildə idarə edir. Müvafiq olaraq, həyata keçirdiyimiz və planlaşdırdığımız islahat planı bizə bu anketi hazırlamaq və Avropa partnyorlarına göndərmək üçün əsas və imkanlar verir.
İctimailəşdirməyə gədikdə, bizim üçün məlumdur ki, bu sənədə qarşı böyük ictimai maraq var. Bu gün Gürcüstanın baş nazirinin sədrliyi ilə hökumət komissiyasının iclası keçirildi və sənədin ictimailəşdirilməsi barədə qərar qəbul edildi. Biz təmin edəcəyik ki, sənəd olduqca tezlikdə bütün marağında olan şəxslər üçün əlçatarlı olsun”, – nazir bəyan etdi.