İliya Darçiaşvili Analena Berboka müraciət etdi - Avropa İttifaqı bayrağı yalnız etiraz aksiyalarında deyil, hər birimizin qəbində dalğalanır, çünki Avropa İttifaqı xalqımızın tarixi seçimidir
Avropa İttifaqı bayrağı yalnız etiraz aksiyalarında deyil, hər birimizin qəbində dalğalanır, çünki Avropa İttifaqı xalqımızın tarixi seçimidir, – bu barədə Gürcüstan Xarici İşlər naziri, İliya Darçiaşvili Almaniya Xarici İşlər naziri, Analena Berbok ilə birgə keçirdiyi mətbuat konfransında bəyan etdi.
Bununla yanaşı, İliya Darçiaşvili Analena Berboka dəstək mesajı üçün minnətdarlığını bildirdi.
“xanım nazir, dəstək mesajı üçün təşəkkürlər. Demək istəyirəm, Avropa İttifaqı bayrağı yalnız etiraz aksiyalarında deyil, hər birimizin qəbində dalğalanır, çünki Avropa İttifaqı ölkəmizin, xalqımızın tarixi seçimidir, sivil seçimidir və bu istiqamətdə sizin böyük dəstəyə ümidimiz var. Bir daha təşəkkür edirik. Sizin təşrifiniz ölkəmizə, çox mühüm və çox vaxtlıdır”, – Darçiaşvili bəyan etdi.