İliya Darçiaşvili 24 apreldə Avropa İttifaqının xarici işlər şurası iclası çərçivəsində görüşdə iştirak edəcək
İliya Darçiaşvili 24 apreldə Avropa İttifaqının xarici işlər şurası iclası çərçivəsində görüşdə iştirak edəcək

2023-cü il 24 apreldə Avropa İttifaqı Xarici İşlər Şurasının (FAC) sessiyası çərçivəsində, Xarici İişlər naziri İlya Darçiaşvili Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri və üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə iştirak edəcək.

Görüş çərçivəsində, tərəflərin əsas müzakirə mövzusu Avropa İttifaqının genişlənməsi və Gürcüstanın üzvlük perspektivi olacaq. Bununla yanaşı, Gürcüstan-Avropa İttifaqı münasibətlərinin prioritet istiqamətlərini və əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edəcəklər. Eləcə də Avropa Komissiyasının 12 prioritetinin yerinə yetirilməsi baxımından Gürcüstanın əldə etdiyi tərəqqi vurğulanacaq.

Lüksemburqa səfər çərçivəsində Xarici İşlər nazirinin həmkarı ilə ikitərəfli görüşü də nəzərdə tutulub.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.