İlin ən yaxşı futbolçusu Nino Buxrikidze seçilib #1TVSPORT
Gürcüstanda ilk dəfə olaraq idman mediası ilin ən yaxşı qadın futbolçusunu müəyyənləşdirib. Tədbir idman portalı TSFF.Ge-nin redaktoru Tamar Cişkarianinin təşəbbüsü, İdman Jurnalistləri Assosiasiyası və Tbilisi meriyasının dəstəyi ilə keçirilib.
Sorğuda qadın futbolunu mütəmadi olaraq işıqlandıran jurnalistlər iştirak ediblər. Qaliblərin müəyyənləşdirilməsində gürcü idmansevərlərin də səsi nəzərə alınıb. Ümumilikdə 15 nominasiya üzrə qaliblər açıqlanıb, həmçinin 2025-ci ilin rəmzi yığması müəyyənləşdirilib.
İlin ən yaxşı qadın futbolçusu adına qadınlardan ibarət “Lançxuti” futbol klubunun və Gürcüstan milli komandasının hücumçusu Nino Buxrikidze layiq görülüb.
“Bu sorğu üçün ‘Dali’ adını seçdik. Dali gürcü (svan) mifologiyasında ovçuluğun və vəhşi təbiətin ilahəsidir. O, sürəti, gücü, məqsədyönlülüyü, ədaləti və zərifliyi təcəssüm etdirdiyi üçün idman mükafatı üçün ideal simvoldur. Tədbir üçün xüsusi loqotip hazırlanıb və bu loqo gələcək sorğuların tanınma və identiklik rəmzi olacaq”, – deyə Tamar Cişkariani bildirib.