İlia Ğuduşauri, nazirliyin təzminatla bağlı Respublika Xəstəxanasının əməkdaşlarının kimliyini və qərarını məxfi saxladığını açıqlayıb
İlia Ğuduşauri, nazirliyin təzminatla bağlı Respublika Xəstəxanasının əməkdaşlarının kimliyini və qərarını məxfi saxladığını açıqlayıb

 
Səhiyyə Nazirliyi təzminatla bağlı Respublika Xəstəxanasının əməkdaşlarının kimliyini və qərarını məxfi saxlayır – bu barədə səhiyyə nazirinin müavini İlia Ğuduşauri açıqlayıb.

“Respublika Xəstəxanasının əməkdaşlarının bir hissəsi artıq istədikləri təzminat paketini seçib və onlarla müvafiq sənəd qanuni olaraq imzalanıb. Biz həmkarlarının təzyiqinin qarşısını almaq üçün klinika işçilərinin təzminatla bağlı onların kimliyinin və qərarın məxfi saxlanılması istəyinə hörmət edirik. Müvafiq olaraq, sözügedən məlumat qurum tərəfindən ictimailəşdirilməyəcək”- İlia Ğuduşauri açıqlayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, qurum tərəfindən klinika və onun əməkdaşları haqqında hərtərəfli və ətraflı məlumatların verilməsi məqsədilə Respublika Xəstəxanasının işçiləri ilə görüşlər davam etdirilir.