İlia Ğuduşauri - birinci mərhələ üçün seçilmiş dərmanlara yuxarı hədd təyin etməklə, qiyməti 40 faizə qədər endirməyi gözləyirik, bu qiymət siyasətini tədricən genişləndirəcəyik
Səhiyyə nazirinin müavini İlia Ğuduşauri dərman vasitələrinə yuxarı qiymət həddinin təyin edilməsi nəticəsində birinci mərhələdə tənzimləmənin şamil olunacağı seçilmiş dərman vasitələrinin qiymətinin təxminən 40 faiz azalacağını bildirib.
O, bunun mühüm azalma olacağını bildirib.
Bununla yanaşı, İlia Ğuduşaurinin qeyd etdiyi kimi, qiymətin yuxarı həddinin təyin olunacağı dərmanların siyahısı tədricən genişləndiriləcək.
“Yanvar ayından hökumətin fərmanı qüvvəyə minəcək, ona əsasən, bəzi dərman vasitələrinin maksimal qiymət həddi təyin ediləcək. İstinad qiymət siyasətinin tətbiqinin əsas səbəbi dərman vasitələrinə əlçatanlığı artırmaq olub. Birinci mərhələdə tənzimləmənin şamil olunacağı seçilmiş dərman vasitələrinin qiymətinin təxminən 40 faiz azalacağını gözləyirik. Plana uyğun olaraq, bazarı müşahidə edəcəyik və yeni tənzimləmələrə uyğunlaşmalı, biznes proseslərini yenidən təşkil edəsi olan əczaçılıq şirkətlərinin monitorinqini aparacağıq, il ərzində digər dərman vasitələrinə də istinad qiymət siyasətini mərhələli şəkildə genişləndirəcəyik. Bu mərhələdə tənzimləmə bazarda ümumilikdə 1200-ə yaxın müxtəlif məhsulu əhatə edən 50 molekula, 50 dərman vasitəsinə şamil ediləcək və bunlar əsasən onkoloji və xroniki xəstəliklərin dərmanlarıdır” -deyə İlia Ğuduşauri bildirib.