Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilinin Brüsselə səfəri bu gün başlayır.
Gürcüstanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri Vaxtanq Maxaroblişvili səfər çərçivəsində Darçiaşvilinin müxtəlif qurumlardan olan həmkarları ilə görüşəcəyini bildirib. Səfir Avropa Komissiyasında görüşlərin keçiriləcəyini qeyd edib.
“Genişlənmə üzrə Avropa komissarı, ədliyyə üzrə Avropa komissarı, enerji və daxili işlər üzrə Avropa komissarı ilə görüşləri ayırmaq istərdim. Həmçinin səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Avropa İttifaqının ali nümayəndəsi cənab Cozef Borrell ilə görüşlər keçirəcək, eləcə də Avropa Parlamentində də görüşlər keçiriləcək. Təbii ki, mühüm səfərdir və əminəm ki, məzmunca dolu olacaq.
Səfər çərçivəsində avropalı həmkarlarımıza 12 prioritetin icrasının hansı mərhələdə olduğu barədə məlumat verəcəyik, hərçənd həm ölkə daxilində, həm də xaricində gedən proseslərdən danışacağıq. Regionda təhlükəsizlik vəziyyəti ilə bağlı mövzulardan bəhs edirəm. Bildiyiniz üzrə, Avropa Komissiyası bir neçə aydan sonra aralıq hesabat, şifahi hesabat hazırlayacaq və məhz bu səfər bu kontekstdə avropalı həmkarlarımızı bu prosesin, icra prosesinin necə getdiyi barədə məlumatlandırmaq baxımından mühümdür. Oktyabr ayında Avropa Komissiyasının yazılı yekun hesabatı təqdim edəcəyi və ölkəmizə namizəd statusunun verilib-verilməməsi ilə bağlı Avropa Şurasına tövsiyə edəcəyi zaman çox vacib olacaq. Cari mərhələdə, təbii ki, Avropa Komissiyasının oktyabr hesabatının məzmununun nədən ibarət olacağını söyləmək çətindir. Biz artıq müvafiq hesabatın hazırlanması üçün Avropa Komissiyasına təqdim edəcəyimiz materialı hazırlamağa başlamışıq.
Bildiyiniz üzrə, bir neçə həftə əvvəl Avropa Komissiyası hesabat dərc edib və bu hesabatı rəhbər tutsaq, demək olar ki, Avropa Komissiyası Gürcüstanda bir sıra istiqamətdə gedən prosesləri, dəyişiklikləri və tövsiyələri müsbət qiymətləndirir. Təbii ki, ilin sonunda Gürcüstan bir çox istiqamətlərdə, istər sektoral icra baxımından, istərsə də ədalət mühakiməsi ilə bağlı islahatların istiqamətləri, demokratik islahatlar üzrə dəyərləndiriləcək. Təbii ki, Avropa Komissiyasının Avropa Şurasına müsbət rəy, bizə namizəd ölkə statusunun verilməsi ilə bağlı müsbət tövsiyə verə biməsi üçün bu dövrə qədər bizim nəzərəçarpacaq islahatları həyata keçirməyimiz olduqca vacib olacaq”-deyə Vaxtanq Maxaroblişvili açıqlayıb.