İlia Darçiaşvili Yunanıstanda mövcud diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb
İlia Darçiaşvili Yunanıstanda mövcud diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Yunanıstan Respublikasına səfəri çərçivəsində Yunanıstanda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və diaspor təşəbbüsü layihələrində qalib gələn həmvətənlərimizlə görüş keçirib.

Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumatda bildirilir ki, nazir bugünkü görüşə görə diaspor nümayəndələrinə təşəkkürünü bildirib, Gürcüstanın xarici siyasət prioritetləri və ölkənin inkişafının əsas istiqamətləri barədə məlumat verib.

“Nazir diaspor nümayəndələri ilə görüşdə bir daha Gürcüstan hökuməti üçün diasporun xüsusi əhəmiyyətini qeyd edib və Gürcüstan hökumətinin diasporun gücləndirilməsi, onların vətənin inkişafında iştirakının təmin edilməsi istiqamətində aktiv işlədiyini açıqlayıb.

İlia Darçiaşvili Gürcüstanın üzləşdiyi problemlərin aradan qaldırılmasında, həmçinin Gürcüstanın ölkə hüdudlarından kənarda müsbət imicinin möhkəmləndirilməsində diasporun xüsusi rolunu vurğulayıb.

Nazir, həmçinin diaspor nümayəndələrinin ehtiyaclarını dinləyib və qurumun onlarla daimi ünsiyyət rejimində qeyd olunan məsələləri mümkün qədər həll etməyə hazır olduğunu bildirib”-deyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.