İlia Darçiaşvili Yunanıstan Prezidenti Katerina Sakelaropoulos ilə görüşüb
İlia Darçiaşvili Yunanıstan Prezidenti Katerina Sakelaropoulos ilə görüşüb

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Yunanıstan Respublikasına rəsmi səfəri çərçivəsində Yunanıstan Respublikasının Prezidenti Katerina Sakelaropoulos ilə görüş keçirib.

Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda nazirin səmimi qəbula görə Yunanıstan tərəfinə təşəkkür etdiyi və iki ölkənin tarixi dostluğunun daha da möhkəmləndirilməsi üçün oxşar yüksək səviyyəli səfərlərin və görüşlərin qarşılıqlı mübadiləsinin vacibliyini vurğuladığı qeyd olunub.

“Yunanıstan Respublikasının Prezidenti iki ölkə arasında çoxəsrlik əlaqələri vurğulayıb və Yunanıstanın Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasına qəti dəstəyini qeyd edib. O, həmçinin Yunanıstanın bölgəyə xüsusi marağı olduğunu vurğulayıb.

Gürcüstanın xarici işlər naziri Yunanıstan tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də ölkənin Avropa və Avro-Atlantik inteqrasiyasını dəstəklədiyinə görə xüsusi təşəkkürünü bildirib” -deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.