İlia Darçiaşvili Türkiyə Respublikasının xarici işlər naziri ilə görüşüb
İlia Darçiaşvili Türkiyə Respublikasının xarici işlər naziri ilə görüşüb

 
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin yaydığı məlumat üzrə, Bakıda nazirlərin görüşü Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü çərçivəsində keçirilib. İlia Darçiaşvili və Hakan Fidan üçtərəfli əməkdaşlıq formatını və nazirlərin IX görüşünü yüksək qiymətləndiriblər.

Söhbət zamanı regionun davamlı inkişafı üçün bu formatın əhəmiyyəti qeyd olunub; Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq müsbət qiymətləndirilib; İkitərəfli münasibətlərin cari gündəliyi və bölgədə yaranmış vəziyyət barədə məlumat mübadiləsi aparılıb. Nazirlər mövcud sıx koordinasiyanı davam etdirməyə hazır olduqlarını bildiriblər.