İlia Darçiaşvili - tərəfdaşların əhval-ruhiyyəsi müsbətdir, onların bütün bəyanatları bizim üçün diqqət çəkicidir, Almaniya son vaxtlar çox aktivlik edir, bu da bizim üçün güclü dəstəkləyici impulsdur
İlia Darçiaşvili - tərəfdaşların əhval-ruhiyyəsi müsbətdir, onların bütün bəyanatları bizim üçün diqqət çəkicidir, Almaniya son vaxtlar çox aktivlik edir, bu da bizim üçün güclü dəstəkləyici impulsdur

 
Tərəfdaşların bütün bəyanatları bizim üçün diqqət çəkicidir. Almaniya son vaxtlar çox aktivlik edir. Bu, fəaliyyətimizi daha aktiv davam etdirməyimiz üçün güclü dəstəkləyici impulsdur- bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili açıqlayıb.

İlia Darçiaşvili “Avropa İttifaqı üçün Ukrayna, Gürcüstan və Moldova, eləcə də Qərbi Balkan ölkələri də daxil olmaqla genişlənmə vacibdir”-deyə Almaniya kansleri Olaf Şoltsun dünənki bəyanatına münasibət bildirib.

İlia Darçiaşvili Gürcüstanın bu istiqamətdə aktiv fəaliyyətini davam etdirdiyini deyib.

“Ümumiyyətlə, tərəfdaşlarımız arasında əhval-ruhiyyə çox müsbətdir, bu, bizə ümid verir, bu istiqamətdə daha çox işlər görməyə güc verir. Hesab edirəm ki, biz ardıcıl və məntiqli şəkildə tərəfdaşlarımızın Gürcüstanla bağlı müvafiq qərar qəbul etmələri nöqtəsinə doğru irəliləyirik. Biz aktiv şəkildə işləməyə davam edəcəyik.

Birmənalı şəkildə demək istəyirəm ki, impulslar, qiymətləndirmələr, ümumi mühit olduqca müsbətdir. Tərəfdaşlarımız son bir ildə gördüyümüz işlərlə və bu istiqamətdə planlaşdırdığımız konkret addımlarla daha çox maraqlanırlar” -deyə İlia Darçiaşvili açıqlayıb.