İlia Darçiaşvili - Reykyavik sammitinin yekun bəyannaməsi bizim uğurumuzdur, Gürcüstanın bu siyasi dəstəyə ehtiyacı var
İlia Darçiaşvili - Reykyavik sammitinin yekun bəyannaməsi bizim uğurumuzdur, Gürcüstanın bu siyasi dəstəyə ehtiyacı var

Reykyavik sammitinin yekun bəyannaməsi bizim uğurumuzdur, uğur ondan ibarətdir ki, Gürcüstan bu qətnamədə olduğu formada təmsil olunur, – Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bildirib.

Nazirin sözlərinə əsasən, Reykyavik sammitinin mətni tərəfdaşların dəstəyinin daha bir ifadəsidir.

“Gürcüstanın bu siyasi dəstəyə ehtiyacı var ki, bir tərəfdən xarici siyasi prioritetlərimizi həyata keçirə bilək, ən əsası isə ən mühüm və həssas məsələlərdən biri olan sülhsevər siyasət yolu ilə ölkəmizi işğaldan azad edək. Biz buna tərəfdaşlarımızla birlikdə tərəfdaşlarımızın dəstəyi ilə mütləq bacaracağıq”, – deyə Darçiaşvili bildirib.