İlia Darçiaşvili Portuqaliyanın xarici işlər naziri Joao Qomeş Kravino ilə görüşüb
20 iyul 2023-cü il tarixində Gürcüstanın XİN rəhbəri İlia Darçiaşvili Portuqaliya Respublikasının XİN rəhbəri Joao Qomeş Kravino ilə görüşüb.
Nazirlər Gürcüstan və Portuqaliya arasında əməkdaşlığın əsas istiqamətləri barədə danışıblar.
İlia Darçiaşvili Joao Qomeş Kravinoya Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib və Portuqaliyanın tanınmamaq siyasətinin həyata keçirilməsi baxımından Lusofon ölkələrindəki mövqeyinin kritik əhəmiyyətini vurğulayıb.
İlia Darçiaşvili portuqaliyalı həmkarı ilə Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyası prosesini müzakirə edib və Gürcüstanın Avropa Komissiyasının 12 prioritetinin yerinə yetirilməsi istiqamətində əldə etdiyi irəliləyişlərdən danışıb.
Eyni zamanda, xarici işlər naziri Portuqaliyanın Gürcüstana namizəd statusunun verilməsini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.