İlia Darçiaşvili noyabrın 16-da Danimarka Krallığına səfər edəcək
İlia Darçiaşvili noyabrın 16-da Danimarka Krallığına səfər edəcək

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili noyabrın 16-da Danimarka Krallığına səfər edəcək.

İlia Darçiaşvili danimarkalı həmkarı Lars Loke Rasmussenlə görüş keçirəcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdən sonra Gürcüstan Xarici İşlər Nazirliyi ilə Danimarka Xarici İşlər Nazirliyi arasında siyasi sahədə əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanacaq.

Səfər çərçivəsində xarici işlər naziri Danimarka parlamentinin xarici siyasət, xarici əlaqələr və Avropa işləri komitələrinin sədrləri ilə də görüşəcək.