İlia Darçiaşvili NATO-nun Vilnüs zirvə toplantısı çərçivəsində Litvaya səfər edəcək
İlia Darçiaşvili NATO-nun Vilnüs zirvə toplantısı çərçivəsində Litvaya səfər edəcək

 

2023-cü ilin iyulun 11-12-də NATO-nun Vilnüsdə zirvə toplantısı keçiriləcək və Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.

Xarici İşlər Nazirliyi tərəfindən verilmiş məlumata əsasən İlia Darçiaşvili İsveçin (alyansa dəvət olunmuş ölkə kimi), Bosniya və Herseqovina və Moldovanın xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının yüksək səviyyəli nümayəndəsinin də iştirak edəcəyi Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşündə iştirak edəcək.

Qurumun məlumatında görüş çərçivəsində regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunacağı deyilir.

“Zirvə toplantısında Gürcüstanın NATO-ya inteqrasiya yolunda əldə etdiyi irəliləyiş və perspektivlərinin əks olunacağı yekun bəyannamə qəbul ediləcək. Zirvə toplantısında həm də alyansın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstəyi təsdiqlənəcək.

Gürcüstanın Vilnüs zirvə toplantısında iştirakı Alyansın ölkənin Avro-Atlantik inteqrasiyasına güclü dəstəyini və Gürcüstan məsələsinin NATO-nun gündəliyində yüksək prioritet olduğunu vurğulayır”-deyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.