İlia Darçiaşvili - namizəd statusu ilə bağlı qərar siyasi olacaq, lakin bu siyasi qərar faktlarla mütləq əsaslandırılmalıdır
İlia Darçiaşvili - namizəd statusu ilə bağlı qərar siyasi olacaq, lakin bu siyasi qərar faktlarla mütləq əsaslandırılmalıdır

 

Yekunda qərar siyasi olacaq, lakin bu siyasi qərar faktlarla mütləq əsaslandırılmalıdır, biz bunu tərəfdaşlarımızla paylaşmağa çalışırıq-bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili namizəd statusu ilə bağlı açıqlayıb.

Darçiaşvili Gürcüstan parlamentinin 2022-ci ildə Avropa İttifaqının 12 tövsiyəsi ilə bağlı olduqca mühüm fəaliyyət həyata keçirdiyini bildirib.

“Ölkənin hansı addımlar atdığı, konkret hansı səmərəli qanunvericilik aktivlikləri həyata keçirməsi bu gün xarici işlər nazirləri ilə danışdığım əsas məsələlərdən biri idi. Mən onlara 12 tövsiyənin icrası üçün Gürcüstanın 80-dən çox yeni qanun qəbul etdiyini söylədim. Ümumilikdə tövsiyələrə gəlincə, biz birmənalı şəkildə deyirik ki, tövsiyələrin 80%-ə qədərini yerinə yetirmişik. Gürcüstan parlamenti 2022-ci ildə olduqca mühüm fəaliyyət həyata keçirib, bu proses bu gün də davam edir və bu, danışdığımız məsələlərdən biri idi. Təbii ki, bu, siyasi qərar olacaq, lakin bu siyasi qərarı qəbul edərkən biz istəyirik ki, 12 tövsiyənin icrası prosesində ölkəmizin əldə etdiyi konkret nəzərəçarpacaq nəticələri tərəfdaşlarımız rəhbər tutsunlar və yəqin ki, bu belə olacaq. Bu proses şübhəsiz ki, gələcəkdə də davam edəcək. Mən birmənalı şəkildə vurğuladım ki, ölkəmiz islahatlara sadiqdir və bu, bizim gündəlik fəaliyyətimizdir və bu, şübhəsiz ki, gələcəkdə də davam edəcək” – deyə Darçiaşvili açıqlayıb.