Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili fevralın 17-18-də 60-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etdiyi Almaniya Federativ Respublikasında səfərdədir.
Xarici İşlər Nazirliyinin yaydığı məlumatda, konfrans çərçivəsində İlia Darçiaşvilinin həmkarları ilə də ikitərəfli görüşlər keçirəcəyi deyilir.
Münhen Təhlükəsizlik Konfransı qlobal təhlükəsizlik məsələləri üzrə müzakirələr üçün əsas beynəlxalq forumdur.
Konfransın məqsədi dünyanın üzləşdiyi təhlükəsizlik çağırışlarını müzakirə etməkdir. Dövlət başçıları, xarici işlər, müdafiə nazirləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, akademik dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələri Münhen Təhlükəsizlik Konfransında iştirak edirlər.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.