İlia Darçiaşvili müxalifətə müraciət edib - ölkənin Avropa gələcəyi ümumi gələcəyimizdir, əgər prosesə töhfə vermək istəmirsinizsə, heç olmasa sözlərinizlə ona zərər vurmamağa çağırıram
Gürcüstanın Avropa gələcəyi ümumi gələcəyimizdir, əgər prosesə töhfə vermək istəmirsinizsə, heç olmasa sözlərinizlə ona zərər vurmamağa çağırıram-bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili interpelyasiya formatında dinlənildiyi parlamentdə açıqlayıb.
İlia Darçiaşvilinin qeyd etdiyi kimi, Gürcüstanın Avropaya inteqrasiyası ölkə üçün həyati əhəmiyyət kəsb edir.
“Ürək ağrımı dilə gətirmək istərdim, bu gün parlamentin tribunasından Gürcüstanda islahatların uğursuzluqla nəticələndiyi bir daha deyildi. Sizi ən azı 3-4 ay bu termindən istifadə etməməyə çağırıram, çünki Gürcüstan olduqca mühüm bir prosesə qədəm basır, Avropaya inteqrasiyamız ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir və açıqlamalarınız və qiymətləndirmələrinizlə bu prosesə daha çox zərər vurmayın, çünki Gürcüstanın Avropa gələcəyi ümumi gələcəyimizdir, əgər prosesə töhfə vermək istəmirsinizsə, heç olmasa sözlərinizlə ona zərər vurmamağa çağırıram və bizə mane olmayın” – deyə Darçiaşvili açıqlayıb.