BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Monqolustanın xarici işlər naziri Batsetseq Batmunx ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılmış məlumatda qeyd olunduğu üzrə, nazirlər ölkələr arasında ticarət-iqtisadi, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın aktivləşdirilməsi üçün səy göstərməyə hazır olduqlarını bildiriblər. İlia Darçiaşvili həmkarına Gürcüstanın iqtisadi potensialı və biznes imkanları barədə məlumat verib.
Qurumun yaydığı məlumatda ölkənin tranzit potensialına xüsusi diqqət yetirildiyi qeyd olunub.
İlia Darçiaşvili Monqolustan nümayəndə heyətini İpək Yolu Forumunda iştiraka dəvət edib.
Görüşdə Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlığının gündəliyinə də həmçinin diqqət yetirilib. İlia Darçiaşvili həmkarını Gürcüstana səfərə dəvət edib.