Xarici işlər naziri İlia Darçiaşvili Gürcüstanda səfərdə olan Macarıstanın ədliyyə naziri Cudit Varqas ilə görüş keçirib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlərin cari məsələləri, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub. İki ölkə arasında yüksək səviyyəli səfərlərin fəal dinamikası məmnunluqla qeyd olunub.
Xarici İşlər Nazirliyinin məlumatına görə, əsas diqqət Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinə yönəldilib. İlia Darçiaşvili Gürcüstanın Avropa Komissiyasının 12 prioritetinin icrasının gedişi və bununla bağlı irəliləyişlər barədə ədliyyə nazirinə ətraflı məlumat verib.
Xarici işlər naziri ümid etdiyini bildirib ki, Gürcüstanın göstərdiyi səylər ədalətli və layiqliyinə görə qiymətləndiriləcək və ilin sonunda Gürcüstan namizəd statusunu alacaq.
İlya Darçiaşvili Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsi məsələsi ilə bağlı Macarıstanın göstərdiyi qəti dəstəyə görə ədliyyə nazirinə təşəkkür edib.