İlia Darçiaşvili litvalı həmkarı Qabrielius Landsberqis ilə görüşüb
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili NATO-nun Vilnüs zirvə görüşü çərçivəsində litvalı həmkarı Qabrielius Landsberqis ilə görüşüb.
Xarici İşlər Nazirliyinin yaydığı məlumatda görüşdə İlia Darçiaşvilinin zirvə görüşünün yüksək səviyyədə təşkilinə və ev sahibliyi etdiyinə görə Qabrielius Landsberqisə təşəkkür etdiyi deyilir. NATO-nun Vilnüs zirvə görüşündə Gürcüstanın iştirakının və Litvanın dəstəyinin vacibliyi də vurğulanıb.
Nazirlik tərəfindən yayılmış məlumata əsasən, zirvə görüşünün həm Gürcüstanın NATO-ya inteqrasiyası, həm də alyansın Gürcüstana güclü dəstəyi baxımından səmərəli olacağı qeyd edilib.
Nazirlik tərəfindən yayılmış məlumatda görüşdə tərəflərin iki ölkənin həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlığından və tərəfdaşlıq əlaqələrinin sonrakı inkişafı baxımından mövcud potensialdan danışdıqları deyilir.