İlia Darçiaşvili Kraliça II Elizabetin vəfatı ilə əlaqədar açılan matəm kitabına ürək sözlərini yazıb
Xarici işlər naziri İlia Darçiaşvili Birləşmiş Krallığın səfirliyində olub, Kraliça II Elizabetin vəfatı ilə əlaqədar açılan matəm kitabına ürək sözlərini yazıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.
“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası ülyahəzrət II Elizabetin vəfatından dolayı olduqca məyusuq. Bu matəm anında dünyaya qoşulur və ülyahəzrətin heyrətamiz irsini ehtiramla yad edirik. Onun güclü dövlətçilik, milli bütövlüyün və dönməz fədakarlığın rəmzi olan hakimiyyəti bizim üçün ilham mənbəyidir və gələcək nəsillərin yaddaşında mütləq qalacaqdır. Gürcüstan Xarici İşlər Nazirliyi adından kral ailəsinə, Britaniya xalqına və Birlik ölkələrinə dərin hüznlə başsağlığı veririk” -deyə nazirin başsağlığı məktubunda qeyd olunur.