İlia Darçiaşvili - Kommünikedəki qeyd NATO-Gürcüstan münasibətlərinə yeni qığılcım gətirəcək, Gürcüstanın təhlükəsizliyin möhkəmləndirilməsində səyləri bir daha vurğulandı
İlia Darçiaşvili - Kommünikedəki qeyd NATO-Gürcüstan münasibətlərinə yeni qığılcım gətirəcək, Gürcüstanın təhlükəsizliyin möhkəmləndirilməsində səyləri bir daha vurğulandı

NATO-nun Vilnüs sammiti Gürcüstana münasibətdə bir çox aspektlərdə uğurlu olub-bu sözləri Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili deyib.

Darçiaşvilinin fikrincə, kommünikedəki qeyd NATO-Gürcüstan münasibətləri istiqamətində mütləq yeni qığılcım gətirəcək.

“Düşünürəm ki, Gürcüstanla bağlı narativ çox kəskin və birmənalı şəkildə yaxşılaşıb. Gürcüstanın beynəlxalq tərəfdaşlarla birlikdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səyləri bir daha vurğulanıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi qətiyyətlə dəstəkləndi. Təbii ki, bu, ölkəmizin NATO ilə münasibətlərini gücləndirəcək” – İlia Darçiaşvili bildirib.

NATO-nun Vilnüs sammitinin birinci günündən sonra dərc edilən kommünikedə 2008-ci ilin Buxarest sammitində Gürcüstanın alyansa üzv olacağına dair qərarı dəstəklədiklərini və üzvlüklə bağlı fəaliyyət planının prosesin tərkib hissəsi olduğunu bildiriblər.