İlia Darçiaşvili Kelli Deqnanla görüşüb
İlia Darçiaşvili Kelli Deqnanla görüşüb

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Kelli Deqnanla işgüzar görüş keçirib.

Görüşdə ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlığın geniş spektrinə toxunulub. ABŞ tərəfindən Gürcüstana müdafiə və təhlükəsizlik, eləcə də ticarət, iqtisadiyyat və investisiyalar sahələri daxil olmaqla bütün əsas sahələrdə strateji tərəfdaşlığın daha da dərinləşməsinə güclü dəstəyi və hazırlığı bir daha qeyd olunub.

Tərəflər həmçinin regiondakı təhlükəsizlik mühitini müzakirə ediblər; ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi bir daha təsdiqlənib.

Tərəflər cari və strateji tərəfdaşlığın bütün əsas məsələləri üzrə fəal əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.