İlia Darçiaşvili çexiyalı həmkarı Yan Lipavski ilə telefon danışığı aparıb
İlia Darçiaşvili çexiyalı həmkarı Yan Lipavski ilə telefon danışığı aparıb

 
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili çexiyalı həmkarı Yan Lipavski ilə telefon danışığı aparıb.

Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən verilən məlumatda, söhbət zamanı tərəflərin Gürcüstanın Avrointeqrasiya prosesinə dəstək verilməsinin və Çexiyanın sədrliyinin vacibliyinə toxunduqları deyilir.

Nazirlikdən verilən məlumatda, həmkarların Avropa Komissiyasının Gürcüstana Avropa perspektivi vermək qərarından və Avropa Komissiyasının tövsiyələrini yerinə yetirilməsi haqqında da danışdıqları deyilir.

“İlia Darçiaşvili çexiyalı həmkarına Gürcüstanın bu istiqamətdə atdığı addımlar barədə məlumat verib. Avropa İttifaqı tərəfindən Assosiativ Ölkələrə vahid yanaşmanın vacibliyi bir daha vurğulanıb.

Tərəflər sentyabrın 6-da Brüsseldə keçirilən Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının nəticələrini müzakirə ediblər.

Bununla yanaşı, İlia Darçiaşvili və Yan Lipavski iki ölkə arasında mövcud münasibətlərin gündəliyini və həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı müzakirə ediblər.
Söhbətin sonunda Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Yan Lipavskiyə avqustun 31-də Praqada keçirilən Qimnix Forumuna ev sahibliyi etdiyinə görə təşəkkür edib”-deyə Xarici İşlər Nazirliyindən bildirilib.