İlia Darçiaşvili İsveçrə Milli Şurasının Prezidenti Martin Kandinas ilə görüşüb
İsveçrəyə rəsmi səfəri çərçivəsində İlia Darçiaşvili bu ölkənin Milli Şurasının Prezidenti Martin Kandinas ilə görüşüb. Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, nazir İsveçrəyə səfərinin iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda möhtəşəm münasibətləri bir daha vurğuladığını bildirib.
“İlia Darçiaşvili Milli Şuranın Prezidentinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib. Görüşdə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıqdan söhbət açılıb və bu baxımdan İsveçrə Milli Şurasının Prezidenti İren Kelinin 2022-ci ilin oktyabrında Gürcüstana səfəri xüsusilə qeyd edilib, bu da İsveçrə tərəfindən Gürcüstana dəstəyin daha bir sübutu olub.
Həmçinin Gürcüstan və İsveçrə parlamentlərində mövcud dostluq qruplarının fəaliyyəti müsbət qiymətləndirilib. Tərəflər regionda yaranmış mürəkkəb təhlükəsizlik mühiti, Rusiyanın Ukraynada müharibəsi və beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyindən danışıblar. Gürcüstan və İsveçrə arasında mövcud əməkdaşlığın geniş spektri və gələcək perspektivləri müzakirə edilib.
İlia Darçiaşvili İsveçrə Konfederasiyasına ilk rəsmi səfərini iyunun 19-20-də edir” -deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.