İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili İsrail Prezidenti İtsxak Hertsoq ilə görüş keçirib.
Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında görüşdə Gürcüstan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinə diqqət yetirildiyi deyilir.
“Ölkələr arasında mövcud ənənəvi dostluq münasibətləri qeyd edilib.
Görüşün sonunda tərəflər həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlığı davam etdirməyə dair hazır olduqlarını bir daha təsdiqləyiblər.
İtsxak Hertsoq İsrail Dövlətinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qəti dəstəyini bir daha təsdiqləyib”-deyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.