Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Gürcüstanda rəsmi səfərdə olan İsrail Dövlətinin qanunverici orqanının nümayəndə heyətinin rəhbəri, Knessetin spikeri Amir Ohana ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılmış məlumata əsasən, görüş çərçivəsində iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri və gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub.
“Xarici işlər naziri ölkələr arasında yüksək səviyyəli səfərlərin mübadiləsinin və bu istiqamətdə artıq həyata keçirilən tədbirlərin vacibliyini vurğulayıb.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa da toxunulub. Gürcüstanla İsrail arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli formatda dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub” – Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.
Qurumdan verilmiş məlumatda tərəflərin ikitərəfli əməkdaşlığın gündəliyinin formalaşmasında işgüzar əlaqələrin dərinləşdirilməsinin vacibliyinə və parlament ölçüsünə xüsusi diqqət yetirdikləri deyilir.