Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili mayın 1-3-də İsrail Dövlətinə səfər edir. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayır.
Qurumdan verilmiş məlumatda Darçiaşvilinin İsrail Dövlətinin Prezidenti, eləcə də ölkənin icraçı və qanunverici hakimiyyətinin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcəyi deyilir.
“Gürcüstanın xarici işlər nazirinin İsrailə səfəri çərçivəsində Gürcüstan və İsrail hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş və Gürcüstanla İsrail Dövləti arasında azad ticarət üzrə danışıqlara başlamaq üçün texniki-iqtisadi tədqiqatlar üzrə birgə bəyannamə imzalanacaq.
Qeyd etmək lazımdır ki, İlia Darçiaşvili İsraildə gürcü diasporunun nümayəndələri ilə görüşəcək” -deyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.