İlia Darçiaşvili İsrail Dövlətinə rəsmi səfər edib
İlia Darçiaşvili İsrail Dövlətinə rəsmi səfər edib

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili İsrail Dövlətinə rəsmi səfər edib.

Səfər çərçivəsində Gürcüstan və İsrail Dövləti arasında azad ticarət sazişi üzrə məqsədəuyğunluluq tədqiqatının tamamlanmasına dair birgə bəyannamə imzalanıb.

Gürcüstan tərəfdən bəyannaməni İlia Darçiaşvili, İsrail tərəfdən isə İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat imzalayıblar.

İmzalanma mərasimindən əvvəl nazirin İsrailin iqtisadiyyat və sənaye naziri ilə görüşü keçirilib. Görüş çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyində mövcud cari məsələləri müzakirə ediblər. İkitərəfli ticarəti, investisiyalar və turizm sahələrini əhatə edən iqtisadi istiqamətdə əməkdaşlığın böyük potensialı vurğulanıb.

İki günlük səfər çərçivəsində İlia Darçiaşvili israilli həmkarı Eli Koen və İsrail Dövlətinin prezidenti İtsxak Hertsoqla görüşəcək.
Knessetin sədri, iqtisadiyyat, turizm və daxili işlər nazirləri ilə də görüşlər keçirilməsi planlaşdırılıb.

Xarici işlər naziri gürcü xalqı adından “Yad Vaşem” Holokost Memorialını əklillə bəzəyəcək.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.