İlia Darçiaşvili İŞİD-ə qarşı Qlobal Koalisiyanın Nazirlər Toplantısının iştirakçılarına müraciət edib
İlia Darçiaşvili İŞİD-ə qarşı Qlobal Koalisiyanın Nazirlər Toplantısının iştirakçılarına müraciət edib

 

Gürcüstanın xarici işlər naziri, İlia Darçiaşvili İŞİD-ə qarşı Qlobal Koalisiyanın Nazirlər Toplantısının iştirakçılarına müraciət edib.

Gürcüstan XİN-nin məlumatına əsasən, Darçiaşvili çıxışında Gürcüstanın illər boyunca qlobal təhlükəsizliyin təmin edilməsində fəal şəkildə iştirakına, eləcə də ölkənin koalisiyanın fəaliyyətində birbaşa iştirakı və dəstəyinə diqqət çəkib. Nazirin də qeyd etdiyi üzrə, Avropa qitəsində və dünyada təhlükəsizlik çağırışlarına baxmayaraq, terrorizm və ekstremizmə qarşı mübarizə beynəlxalq ictimaiyyət üçün əsas prioritet olaraq qalır. Bu baxımdan o, Gürcüstan hakimiyyətinin terrorizm təhlükəsinin qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlərə, o cümlədən çoxtərəfli iştirakla hazırlanmış 2022-2026-cı illər üçün terrorla mübarizə strategiyasının və fəaliyyət planının dövlət tərəfindən təsdiq edilməsinə, həmçinin terrorizmə qarşı effektivliyin artırılması məqsədilə həyata keçirilmiş qanunvericilik dəyişiklikləri, hüquq-mühafizə və təhlükəsizlik strukturlarının effektiv fəaliyyətinə diqqət çəkib.

İlia Darçiaşvili Nazirlər Toplantısındakı çıxışı zamanı həmçinin Gürcüstanın işğal olunmuş bölgələri və beynəlxalq monitorinq mexanizmlərinin olmaması səbəbilə bu bölgələrdə təhlükəsizlik baxımından çağırış təşkil edən mövcud vəziyyətə diqqət yönəldib. Nazirlər Toplantısındakı çıxışında o, Gürcüstanın tərəfdaşlar ilə koordinasiyalı şəkildə dünyada sülh prosesinə töhfəsini davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.