İlia Darçiaşvili İcmalar Palatasında Gürcüstan məsələsi ilə məşğul olan partiyalararası qrupun sədri ilə görüşüb
İlia Darçiaşvili İcmalar Palatasında Gürcüstan məsələsi ilə məşğul olan partiyalararası qrupun sədri ilə görüşüb

 
Birləşmiş Krallığa səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Britaniyanın İcmalar Palatasında Gürcüstan məsələsi ilə məşğul olan partiyalararası qrupun sədri Conatan Canoqli ilə görüşüb.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında görüşdə tərəflərin Gürcüstan və Birləşmiş Krallıq arasında aktiv parlament əlaqələrini və Britaniya parlamentinin Gürcüstana göstərdiyi dəstəyi alqışladıqları deyilir. Həmçinin partiyalararası qrupun Gürcüstana səfərinə də toxunulub.

“Tərəflər Uordrop Strateji Dialoq formatını alqışlayıb və həm strateji dialoq çərçivəsində baş tutan görüşləri, həm də onun parlament ölçüsünü yüksək qiymətləndiriblər.

Çoxtərəfli formatlarda qanunvericilik səviyyəsində əməkdaşlığa və qarşılıqlı dəstəyə də yüksək qiymət verilib” – deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.