İlia Darçiaşvili - hökumət Aİ-yə üzvlük sorğusu üzərində aktiv şəkildə işə başlayıb və biz hamımız onu vaxtında tərəfdaşlarımıza təqdim etməkdə istəkliyik
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilinin sözlərinə görə, sorğu-anketin təhvil verilməsinin ikinci günündəcə Gürcüstan hökuməti Aİ-yə üzvlük sorğusu üzərində aktiv şəkildə işə başlayıb.
Onun sözlərinə görə, əsas istək Gürcüstanın doldurulmuş sorğu anketini tez bir zamanda avropalı tərəfdaşlara təqdim etməsidir.
“Lüksemburqda da dediyimiz kimi, Gürcüstan hökuməti, bütün aidiyyatı qurumlar ikinci gündəncə sorğu vərəqəsi üzərində işə başlayacaqdı. Məhz ertəsi gün nazir müavini Xarici İşlər Nazirliyində müvafiq qurumlarla ilk işgüzar görüş keçirib. Sorğu həmkarımız olan idarələrlə bölüşüldü və Gürcüstan hökuməti anket üzərində aktiv işə başladı.
Tarixlərə gəlincə, dediyim kimi, bizim əsas istəyimiz Gürcüstanın mümkün qədər daha tez sorğu-anketi avropalı tərəfdaşlarımıza təqdim etməsidir. Biz hamımız anketi vaxtında doldurmaqda və tərəfdaşlarımıza vaxtında təqdim etməkdə istəkliyik. Məqsədimiz bu sənəd üzərində işi mümkün qədər tez başa çatdırmaq və onu tərəfdaşlarımızla bölüşməkdir” -deyə İlia Darçiaşvili bildirib.