İlia Darçiaşvili - Gürcüstanın baş naziri və Azərbaycan prezidenti ikitərəfli münasibətlərimizdə mövcud olan bütün vacib məsələləri müzakirə etmək imkanı əldə edəcəklər
İşgüzar səfər çərçivəsində Gürcüstanın baş naziri və Azərbaycan prezidenti ikitərəfli münasibətlərimizdə mövcud olan bütün vacib məsələləri müzakirə etmək imkanı əldə edəcəklər -bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili jurnalistlərə açıqlayıb .
O, İlham Əliyevin səfəri zamanı iki dövlətin regionda sülh və sabitliyi necə təmin etmələrinin də müzakirə olunacağını bildirib.
“Bu gün biz Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərini gözləyirik. Məlum olduğu üzrə, Gürcüstanla Azərbaycan arasında sıx strateji tərəfdaşlıq, mehriban qonşuluq münasibətləri mövcuddur. İşgüzar səfər çərçivəsində Gürcüstanın baş naziri və Azərbaycan prezidenti bir tərəfdən ikitərəfli münasibətlərimizdə mövcud olan bütün vacib məsələləri müzakirə etmək imkanı əldə edəcəklər. İkitərəfli münasibətlərimizdə çox geniş məsələlər var və məhz bugünkü işgüzar səfər bu məsələlərin müzakirəsi üçün fürsət olacaq. Digər tərəfdən, regional çağırışlar fonunda müzakirə olunacaq ikinci vacib mövzu iki dövlətin regionumuzda sülh və sabitliyi necə təmin etməli olması və çoxtərəfli formatlarda və regional çağırışlar fonunda mövcud olan bütün məsələlərdir” – deyə İlia Darçiaşvili bildirib.