İlia Darçiaşvili - Gürcüstan hər zaman regionun sabitliyinə və sülhə mühüm töhfə verməyə hazır olduğunu ifadə edib
Əminəm ki, Azərbaycan Prezidenti ilə işgüzar görüş çərçivəsində də Gürcüstanın regionda sülh və sabitlik istiqamətində daha çox töhfə verə biləcəyi müzakirə olunacaq – bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bildirib.
Darçiaşvili Cənubi Qafqaz ölkələrinin bölgədə sülh və sabitliyi öz üzərlərinə götürməli olması ilə əlaqədar oktyabrın 6-da Nikol Paşinyan, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev, Emmanuel Makron və Şarl Mişel arasında Praqada keçirilən görüşlə bağlı sualı cavablandırıb.
İlia Darçiaşvili Gürcüstanın regionda sülh və sabitlik ilə bağlı mövqeyinin hamıya məlum olduğunu və İlham Əliyevin səfəri çərçivəsində bununla bağlı məsələlərin müzakirə ediləcəyini bildirib.
“Gürcüstanın mövqeyi hamıya məlumdur. Regionumuzda sülh və sabitlik xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan həmişə regionun sabitliyinə və sülhünə vacib töhfə verməyə hazır olduğunu ifadə edib. Gürcüstanın bu istiqamətdə öz töhfəsini verə bilməsi üçün bu səfər çərçivəsində də bu məsələləri müzakirə etmək imkanı yaranacaq. Əminəm ki, məhz bu işgüzar görüş çərçivəsində də Gürcüstanın bizim regionda ümumi marağımız olan – sülh və sabitlik istiqamətində daha çox töhfə verə biləcəyi müzakirə olunacaq” -deyə İlia Darçiaşvili bildirib.
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanda işgüzar səfərdədir.