İlia Darçiaşvili - gələn il Şimali Makedoniyanın xarici işlər nazirini ATƏT-in sədri qismində qəbul etmək, onu ölkəmizin üzləşdiyi bütün çətinliklərlə yerindəcə tanış etmək üçün çalışırıq
İlia Darçiaşvili - gələn il Şimali Makedoniyanın xarici işlər nazirini ATƏT-in sədri qismində qəbul etmək, onu ölkəmizin üzləşdiyi bütün çətinliklərlə yerindəcə tanış etmək üçün çalışırıq

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Şimali Makedoniyanın Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdə Gürcüstanı dəstəkləyən bəyanatları eşitdiyini bildirib.

O, Gürcüstanın üzləşdiyi bütün çətinliklərlə yerindəcə onu tanış etmək üçün gələn il Şimali Makedoniyanın xarici işlər nazirini ATƏT sədri qismində qəbul etməyi planlaşdırdıqlarını qeyd edib.

“ATƏT-in ministerialında iştirak çərçivəsində Şimali Makedoniyanın xarici işlər naziri ilə görüş keçirdim. Məlum olduğu kimi, Polşadan sonra ATƏT-ə sədrlik edəcək ölkə Şimali Makedoniya olacaq. Biz gələn il Şimali Makedoniyanın xarici işlər nazirini artıq ATƏT-in sədri qismində qəbul etmək və onu ölkəmizin üzləşdiyi bütün çətinliklər ilə yerindəcə tanış etmək və onların iştirakının olduqca səmərəli olması üçün çalışırıq. Makedoniyanın xarici işlər nazirindən dəstək bəyanatları eşitdik. Onların sədrliyi dövründə Gürcüstanın konkret, nəzərəçarpacaq nəticələri olacağına əminik” – deyə İlia Darçiaşvili açıqlayıb.