İlia Darçiaşvili - Qara dəniz vasitəsilə elektrik enerjisinin nəql olunması üçün sualtı kabel layihəsi Gürcüstanı Avropa İttifaqına daha da yaxınlaşdırır
İlia Darçiaşvili - Qara dəniz vasitəsilə elektrik enerjisinin nəql olunması üçün sualtı kabel layihəsi Gürcüstanı Avropa İttifaqına daha da yaxınlaşdırır

 

Yaşıl enerjinin inkişafı və ötürülməsinə dair strateji sazişin imzalandığı Rumıniyada mühüm bir gündür, qeyd etmək lazımdır ki, bu prosesdə Gürcüstanın xüsusi yeri var -bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili açıqlayıb.

O bildirib ki, Gürcüstan həqiqətən yaşıl, bərpa olunan enerjinin istehsalı istiqamətində kilid ölkələrdən birinə çevrilir və həmçinin ötürülmənin bir hissəsi kimi Gürcüstan gələcəkdə aktiv və mühüm rol oynayacaq.

“Qeyd etmək lazımdır ki, bu layihə ölkəmizi Avropa İttifaqına daha da yaxınlaşdırır. Xüsusilə vurğulamaq istərdim ki, bugünkü görüşdə Avropa Komissiyasının Prezidentinin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, layihə Avropa Komissiyası tərəfindən dəstəklənir. Aİ-nin iki üzv dövlətinin bu sazişin iştirakçısı olması ilə yanaşı, Avropa Komissiyası Prezidentinin iştirakı, fikrimcə, xüsusilə vacib idi. Bu siyasi jestlə, Ursula fon der Laienin bura gəlməsilə məncə, bir tərəfdən bu layihə dəstəklənəcək, digər tərəfdən Gürcüstana regional lider ölkə rolunu oynamaq üçün növbəti təsir vasitəsi verilir, bu da təbii ki, ölkəmizin Avropaya inteqrasiyasına kömək edir. Bu, əsas xarici siyasət prioritetlərimizdən biridir”- deyə İlia Darçiaşvili açıqlayıb.

Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan Qara dəniz vasitəsilə elektrik enerjisinin nəql olunması üçün sualtı kabel layihəsini imzalayıblar. İmzalanma mərasimi Rumıniyada, Kotrochen sarayında keçirilib. Sənədi Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuka və Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.

Mərasimdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien iştirak edib.