İlia Darçiaşvili - Qara dəniz kabeli gələcəkdə Avropa İttifaqı ilə fiziki layihələrin həyata keçirilməsini davam etdirmək üçün qabaqcıl layihələrdən biri olacaq
İlia Darçiaşvili - Qara dəniz kabeli gələcəkdə Avropa İttifaqı ilə fiziki layihələrin həyata keçirilməsini davam etdirmək üçün qabaqcıl layihələrdən biri olacaq

 

Qara dəniz kabeli gələcəkdə Avropa İttifaqı ilə fiziki layihələrin həyata keçirilməsini davam etdirmək üçün qabaqcıl layihələrdən biri olacaq- bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili açıqlayıb.

Darçiaşvili oxşar layihələrin gələcəkdə də Avropa İttifaqı tərəfindən dəstəklənəcəyini bildirib.

“Siyasi inteqrasiya, Avropa İttifaqı ilə siyasi assosiasiya ayrı məsələdir, Avropa İttifaqı ilə fiziki inteqrasiyamız heç də az əhəmiyyət kəsb etməyən başqa məsələdir. Məhz bu layihə gələcəkdə Avropa İttifaqı ilə fiziki layihələrin icrasını davam etdirəcək flaqman layihələrdən biri olacaq. Aİ-dən olan tərəfdaşlarımızın əhval-ruhiyyəsi oxşar layihələrin gələcəkdə çox aydın şəkildə dəstəklənəcəyindən ibarət idi. Biz Avropa İttifaqının güclü iştirakına ümid edirik, çünki bu, qarşılıqlı faydaya əsaslanan əlaqədir. Xüsusilə bu gün enerji təhlükəsizliyi baxımından Gürcüstanın xüsusi rolu var. Avropa İttifaqının və tərəfdaş ölkələrin etibarlı və sadiq tərəfdaşı olaraq biz gələcəkdə də dəyərli və güclü töhfə verməyə davam edəcəyik”- deyə Darçiaşvili açıqlayıb.

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhei “Şərq Tərəfdaşlığı”nın İqtisadi və İnvestisiya Planının Gürcüstan və Avropa İttifaqı arasında elektrik kabeli layihəsini maliyyələşdirəcəyini bildirib.