Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Fransa Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dieqo Kolas ilə vida görüşü keçirib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayır.
Xarici İşlər Nazirliyindən verilən məlumatda görüşdə Gürcüstan və Fransa arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda strateji tərəfdaşlıq və səmərəli əməkdaşlığın yüksək qiymətləndirildiyi deyilir.
“Nazir Gürcüstan və Fransa arasında əlaqələrin dərinləşməsinə verdiyi xüsusi töhfəyə görə səfirə təşəkkür edib. Bildirilib ki, Gürcüstan və Fransa arasında ikitərəfli münasibətlərin əsas aspektlərini əhatə edən və ölkələr arasında əməkdaşlığın keyfiyyətini və intensivliyini əks etdirən “Dimitri Amilaxvari adına Gürcüstan-Fransa strateji dialoqu”na böyük əhəmiyyət verilir. Hər iki tərəfin dialoqun ikinci raunduna hazır olduğu vurğulanıb. Tərəflər Avropa Siyasi Birliyinin oktyabrın 6-da Praqada keçirilən ilk iclasını müsbət qiymətləndiriblər. İlia Darçiaşvili gürcü tərəfinin böyük Avropa ailəsinin üzvləri üçün danışıqların əlavə platforması olan Fransa prezidentinin təşəbbüsündə məmnuniyyətlə iştirak etdiyini qeyd edib.
Səfir, öz növbəsində, olduqca səmərəli əməkdaşlığa görə nazirə təşəkkürünü bildirib və Fransa ilə Gürcüstan arasında sıx əlaqələrin olduğunu vurğulayıb. Dieqo Kolas Fransanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha təsdiqləyib. Fransa səfiri qeyd edib ki, Gürcüstanda işləmək onun üçün xüsusi təcrübə olub və o, gələcəkdə iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi perspektivinə olduqca nikbin baxır. Görüşün sonunda nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb” – deyə idarənin yaydığı məlumatda bildirilir.