İlia Darçiaşvili Cenevrədə, BMT-nin İnsan Hüquqları Şurasının yüksək səviyyəli seqmentinin 55-ci sessiyası çərçivəsində çıxış edəcək
İlia Darçiaşvili Cenevrədə, BMT-nin İnsan Hüquqları Şurasının yüksək səviyyəli seqmentinin 55-ci sessiyası çərçivəsində çıxış edəcək

 
Xarici işlər naziri İlia Darçiaşvili fevralın 26-da BMT-nin İnsan Hüquqları Şurasının yüksək səviyyəli seqmentinin 55-ci sessiyasında iştirak edəcək və auditoriya qarşısında çıxış edəcək-bu haqda Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayır.

Qurumdan verilmiş məlumat üzrə, nazir Gürcüstanın 2022-2030-cu illər üçün insan hüquqlarının müdafiəsi üzrə milli strategiyası və gürcü tərəfinin əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi istiqamətində atdığı səylər və addımlar barədə danışacaq.

“İşğal altındakı Abxaziya və Sxinvali bölgəsində insan haqları və humanitar nöqteyi-nəzərdən vəziyyətə xüsusi diqqət yetiriləcək.

Xarici işlər naziri Cenevrəyə səfəri çərçivəsində BMT-nin İnsan Hüquqları Şurasının Prezidenti, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı və həmkar nazirlərlə görüşlər keçirəcək” – deyə Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.